Rusiyanın Saratov şəhərindəki “Olimp-99” idman məktəbində cinayət hadisəsi baş verib.
Korner.az-ın məlumatına görə, məktəbdə karate üzrə məşqçi işləyən Əzəmət Normanov odlu silahla qətlə yetirilib.
Bir il öncə həmin məktəbdə hakim kimi çalışmış Rasim Kərimovla mərhum arasında münaqişə yaşanıb. Bundan sonra Kərimov məktəbdən uzaqlaşdırılıb. Onun 17 yaşlı qızı isə Normanovun rəhbərliyi altında məşqlərini davam etdirib.
Kərimov bildirib ki, Normanov onun qızına qarşı qərəzli davranıb və cinayət törətməsinə səbəb qızının evə gözü göyərmiş halda gəlməsi olub. Qızı bunun müəllimi tərəfindən edildiyini deyib. Kərimov isə “Makarov” tipli tapança alaraq məktəbə gedib və məşqçiyə atəş açıb.