Ötən günlərdə Didye Droqba “Çelsi”də lider futbolçu yoxdu, bütün problemlər soyunub-geyinmə otağından başlayır” deməklə diqqətləri özünə çəkmişdi.
Korner.az-ın məlumatına görə, Joze Mourinyonun buna cavabı gecikməyib.
Təcrübəli mütəxəssis əsəbiləşmədiyini söyləyib. Jose bu açıqlamanın Droqbanın yenicə işıq üzü görən kitabının piyar kampaniyası olduğunu vurğulayıb:
“Yaxşı reportajları sevirəm. Droqba kimi vacib şəxslərin jurnalistlərə verdiyi reportajları daha çox sevirəm. Ancaq bu reportaj deyil. Bu kitabının satılması üçün atılan bir addımdı. Droqba bu hərəkəti ilə məni məyus etmədi, çünki onu başa düşürəm. Kitab satılmalıdır axı..”