"Çelsi"nin baş məşqçisi Joze Mourinyo maraqlı açıqlamalar verib
Korner.az-ın məlumatına görə, "goal.com"-a danışan təcrübəli mütəxəssis "Arsenal"ın ÇL-da qrup mərhələsində qalmasını istəyir.
Bunu səbəbi isə "Olimpiakos" klubunun baş məşqçisinin Mourinyonun yaxın dostunun oğlu olmasıdı. Açıqlamasında gənc çalışdırıcı üçün pley-offun böyük uğur olacağını deyən portuqaliyalı səmimiyyətini gizlətməyib. Məhz, bu səbəbdən 1/8 final mərhələsinə "Arsenal"ın yox "Olimpiakos"un çıxmasını istəyir.
Xatırladaq ki, "Arsenal"ın qrupda son oyunu "Olimpiakos"ladı. "Topçular" qələbə qazanacağı halda növbəti mərhələyə adlayacaq. Yunanlara isə tək heç-heçə də kifayət edir.