big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Tottenhem”in baş məşqçisi: “Qələbə qazanmaq üçün oynayacağıq”

25.11.2015 , 18:23

Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

– Əsas heyət futbolçularından bəzilərini gətirməmisiniz. Siz Bakıya heç-heçə üçün gəlmisiniz?

– Bu cür düşünməyinizi doğru qəbul etmirəm. Futbolçuların əsas və ya əvəzedici kimi bölünməsini istəmirəm. Biz komanda olaraq sabah ancaq qələbə qazanmaq üçün oynayacağıq.

– Harri Keyn sabah oynayacaq, ya yox?

-Onun oynayıb-oynamayacağı sabah bilinəcək. Uzun bir yol qət etmişik. Bütün futbolçularımızı dəyərləndirməyə çalışacağıq. Bizim komandada yaxşı bir rəqabət var. Hər bir futbolçum meydanda yaxşı mübarizə aparacaq.

– Bəzi futbolçulara istirahət verməyiniz qarşıdan gələn “Çelsi” ilə oyunla əlaqədar ola bilərmi?

– Təbii ki, biz Premyer Liqaya da önəm vermək məcburiyyətindəyik. Bəzi həqiqətlər var ki, bunu düzgün başa düşmək lazımdır. Uzun yol qət etmişik və bəzi futbolçuların istirahətə eytiyacı var. Bu, futbolun qanunlarıdır. Hər bir oyun bizim üçün önəmlidir.

– Həm Avropa Liqasında, həm Premyer Liqada mübarizə aparmaq çətin deyil?

– Təbii ki, bizim komandamızın bir mentaliteti var. Hər bir yarışmaya ciddi və məsuliyyətli hazırlaşmalıyıq. Bunun bircə pis tərəfləri var ki, bəzən futbolçular zədələnir. Amma biz hansı çempionata vəsiqə qazanmışıqsa, orada yaxşı və layiqli mübarizə aparmalıyıq. Komandamızda hətta müxtəlif milli komandalarda oynayan futbolçularlar var. Yəni bütün komandanın gücündən düzgün yararlanmaq lazımdır.

– Sabahkı oyunda “Qarabağ” “Tottenhem”ə hansı cəhətdən problem yarada bilər?

– “Qarabağ” çox yaxşı komandadır. Onlara qarşı oynamaq heç də asan deyil. Onlar topu çox yaxşı saxlayır və yaxşı hücum təşkil edirlər. Sabahkı oyunda görəcəyik ki, “Qarabağ” “Anderlext”dən zəif komanda deyil.

– “Tottenhem” uzun müddətdir Avropa liqasında qələbə qazana bilmir. Sabah da əsas heyətlə gəlmədiyinizi nəzərə alsaq, bu uğursuz seria davam edəcək?

– Mən anlaya bilmirəm ki, niyə Azərbaycanda düşünürlər biz əsas heyətlə gəlməmişik. Bu gün Bakıda olmayanlar sadəcə problemləri olan futbolçulardır.

Son yazılar

To Top