Bir həftədir bu oyuna hazırlaşırıq. Qarşılaşamanın mahiyyətini bilirik. Çalışacağıq ki, qələbə qazanaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana “Tottenhem”lə keçiriləcək görüş haqda danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi bu gün keçirilən mətbuat konfransında bildirib ki, rəqibin adı onları qorxutmur:
“Qrupdan çıxmaq üçün hələ də şansımız qaldığını bilirik. Rəqibin gücünə də bələdik. Amma biz heç kimdən çəkinmirik”