Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının mövqeyində dəyişiklik olmayıb.
Komandamız 1369 xalla 13-cü pillədə qərarlaşıb. Millimizin “DÇ-2016″nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1344 xalla 16-cı, Belarus 1224 xalla 21-ci (+1), İsveç isə 893 xalla 62-ci (-2) olub.
Siyahıya yenə 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.