“Real”ın futbolçusu Kriştiano Ronaldo Livandakı terror aktı nəticəsində valideynlərini itirən 3 yaşlı Haydar Mustafa ilə görüşəcək.
Korner.az-ın məlumatına görə, jurnalist Rəna Hərbi sosial şəbəkə vasitəsi ilə bu barədə məlumat verib. O, uşaqla görüş üçün artıq İspaniyadan zəng gəldiyini bildirib.
Noyabrın 12-də Beyrutun çoxlu insan yaşayan şəhərətrafı yaşayış məntəqəsindəkı terror nəticəsində 43 nəfər ölüb, 239 nəfərdən çoxu yaralanıb.
Balaca Haydarın “Real” azarkeşi olduğu və Ronaldonun ən sevimli futbolçusu olduğu bildirilib.