"Dreamland Golf" Klubunun birincilər ili çərçivəsində İMG Kubokunun ilk oyununda 56 nəfər yarışıb. Dye Dizayn tərəfindən işlənmiş beynəlxalq səviyyəli turnirlərin keçirilmə imkanlarına sahib qolf meydançasında Oscar Qarsia və Onun qonağı Luis Aqilar 46 par üzrə yüksək 10-luğu qazandılar. Hər iki qonaq ilk zəfəri qazandıqları üçün böyük qürur hissi keçirdiklərini bildirıblər. Onlar Dreamland Qolf Klub tarixində 2015-ci ilin ilk qalibləri kimi tarixə adlarını yazıblar.
Beynəlxalq aləmdə məşhur olan bu tədbirdə Dreamland Qolf Klubunun Üzvləri və onların qonaqları, həmçinin, üzv olmayan şəxslər üçün daha bir əlavə yarışdan ibarət idi. Tədbirdə uğur qazanmaq istədikləri üçün bir çox komandalar bir gün öncə məşq edir və öz oyun strategiyaları üzərində işləyirdilər. Grant Gilmour və Bruce Ferguson cütlüyü İMG kuboku uğrunda gedən yarışı ikinci yerdə başa vurublar, onların 46 balı qalibiyyətə uyğun olsa da,“geriyə 9” yoxlamasından yoxlamadan sonra onlar yalnız 2 balla qalib olmaq şansını əldən veriblər.
Qızğın mübarizənin getdiyi qolf klub üzvü olmayan şəxslər üçün əlavə yarışda günün ən yaxşıları olan Bob Fu vəGavin Mackenzie 51 bal toplamaqla oyunu birinci yerdə tamamlayıblar. Yarış zamanı Bob 10-cu dəlikdəki mükəmməl birdie və 5-ci və 18-ci dəliklərdəki birdie-lərdən ibarət 3 fərqli səbəblə topu dəliyə salmağa müvəffəq olub.
İkinci yeri isə 49 bal toplamış David Lawson və John Quinn cütlüyü qazanıb
Yarış zamanı oyunçular müxtəlif bacarıqlara əsaslanan əyləncə xarakterli kateqoriyalarda da iştirak etdilər:
4-cü dəliklərdə bayrağa ən yaxın mövqe,John Keay tərəfindən qazanıldı
7-ci dəlikdə bayrağa ən yaxın mövqe,John Savage tərəfindən qazanıldı
3-cü dəlikdə ən uzun drayv, Rachel Harrison tərəfindən qazanıldı
16-cı dəlikdə ən uzun drayv, Adam MacDonald tərəfindən qazanıldı.