“Çelsi” klubunun sahibi Roman Abramoviç komandanı çətin vəziyyətdən çıxarmağın yollarını axtarır.
Korner.az-ın məlumatına görə, bu barədə “Voetbal Nieuws” xəbər yayıb.
Mənbədə deyilir ki, sahibkar London klubuna olunacaq transferlər üçün 210 milyon avro ayırıb. Bunun 100 milyonuna Kriştiano Ronaldonu almaq nəzərdə tutulub.
Bundan əlavə Eden Azar, Oskar və Nemanya Matiç kimi futbolçuların komandadan ayrılacağı gözlənilir.