“Krasnodar”ın futbolçusu Pavel Mamayev Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Korner.az-ın məlumatına görə, təcrübəli futbolçu bunları deyib:
“Biz qrupdan çıxmağı qarşımıza məqsəd qoymuşuq. “Borussiya” ilə oyunlarımız maraqlı olacaq. Qrup mərhələsində maksimum xal yığmaq lazımdır”.
Qeyd edək ki, C qrupunda qərarlaşan “Krasnodar” “Borussiya” (Dortmund), PAOK (Yunanıstan) və “Qəbələ” (Azərbaycan) klubları ilə mübarizə aparacaq.