Dünən Türkiyə Superliqasında 2015/2016-cı il mövsümünə start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 1 görüş baş tutub.
“Fənərbaxça” doğma arenada “Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin şərəfini qoruduğu “Əskişəhərspor”la qarşılaşıb. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Muarem isə bu matçda “18-liy”ə düşə bilməyib.
14 avqust
“Fənərbaxça” – “Əskişəhərspor” 2:0
QOL: Musa Sou, 45+1, Fernandao, 45+3