"Cavidi çox istəyirəm, ancaq oyundan əvvəl də demişdim ki, rəqibin təhriklərinə əhəmiyyət verməsin. Düzdür, o deyirdi ki, ona qarşı çox kobud oynayırdılar. Ancaq başa düşmək lazımdır ki, bura uşaq bağçası deyil"
Korner.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Apollon"la keçirilən (1:0) matçdan sonraki mətbuat konfransında deyib.
O nitqinə belə davam edib:
"Əhvalımız əladır, lakin emosiyalarımızı qorumalıyıq. Ona cəza vermek fikrində deyilem. Bizə milyonlar baxır, bizdən nümune götürənlər var. Elə hərəkətlər etməməliyik ki, sonra buna görə utanaq.
Razıyam, keçirdiyimiz 6 oyunun hamısında əla oynamadıq. Ancaq çox oyunumuz mənim ürəyimcədir. Bugünki oyun haqda bu sözləri deyə bilmərəm, çünki əsasən emosiya üzərində qurulmuşdu. Rəqib kifayət qədər təcrübəli, konplektleşmiş komanda idi. Futbolçularım emosiyaya çox qapılmışdılar və bu da onların çox yaxşı oynamaqlarına mane oldu"