“Real”ın sabiq futbolçusu Roberto Karlos gələcək hədəfi haqda danışıb.
Korner.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis yaxın gələcəkdə Braziliya millisini çalışdırmaq istədiyini bildirib:
“Hədəfim bir gün Braziliya yığmasını çalışdırmaqdır. Bunun nə zaman olacağını deyə bilmərəm. Lakin buna qədər xeyli iş görməliyəm. Braziliya millisində yaxşı xatirələrim olub. Yenidən yığmaya qayıtmağı arzulayıram”.