Madrid “Real”ının yarımmüdafiəçiləri Xose Rodriqes və Qaret Beyl klubun azarkeşlərinin hücumuna məruz qalıblar.
Korner.az-ın məlumatına görə, 2 azarkeş məşqdən sonra futbolçularla danışmaq istəyiblər. Lakin futbolçuların maşından düşmədiyini görən azarkeşlər onların olduğu avtomobilə zərbə endirməyə başlayıblar.
Serxio Ramos davaya müdaxilə edib. O azarkeşlərə “Nə olub? Siz elə bilirsiz hərəkətiniz doğördur? “Real” futbolçuları meydanda əllərindən gələni ediblər”, deyib.