Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, mübarizəni davam etdirəcək 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.
1/4 final mərhələsi
İlk oyunlar
4 mart
11. “Neftçi” – AZAL – indiyədək görüşməyiblər
12. “İnter” – “Xəzər Lənkəran” – 8 oyun, +2=3-3, top fərqi 8:10
6-cı dəfə kubokda yolları kəsişən komandalar 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik “Xəzər Lənkəran” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma “İnter” son 3 oyunda rəqibinə uduzmayıb.
2004/05
1/2 final
İnter (Bakı) – Xəzər-Lənkəran
2:1, 1:1
2006/07
1/2 final
İnter (Bakı) – Xəzər-Lənkəran
0:1, 0:1
2007/08
final
Xəzər-Lənkəran – İnter (Bakı)
2:0
2010/11
final
Xəzər Lənkəran – İnter (Bakı)
1:1, pen. 4:2
2011/12
1/4 final
İnter (Bakı) – Xəzər Lənkəran
3:2, 1:1
13. “Qarabağ” – “Bakı” – 8 oyun, +5=2-1, top fərqi 10:5
Əvvəlki 4 dueldən yalnız birində mərhələ adlayan “Bakı” cəmi 1 matçda qələbə qazanıb. Böyük üstünlüyə malik “Qarabağ” son 3 ev oyununda qol buraxıb.
1997/98
1/4 final
Dinamo (Bakı) – Qarabağ (Ağdam)
0:0, 0:2
2005/06
1/4 final
Qarabağ (Ağdam) – Bakı
3:2, 0:0
2008/09
1/2 final
Bakı – Qarabağ (Ağdam)
1:2, 1:2
2011/12
1/2 final
Bakı – Qarabağ (Ağdam)
0:1, 1:0, p.5:4
14. “Qəbələ” – “Simurq” – 2 oyun, +1=0-1, top fərqi 2:2
Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gələcək. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran “Qəbələ” mərhələ adlayıb.
2007/08
1/8 final
Qəbələ – Simurq (Zaqatala)
1:0, 1:2