“Yuventus” heyətini yayda İlkay Gündoğanla gücləndirmək niyyətindədir.
Korner.az-ın məlumatına görə, 24 yaşlı futbolçu “Borussiya” ilə yeni müqavilə şərtlərini razılaşa bilmir. Buna görə də, Gündoğan mövsümün sonunda azad agent kimi klubdan ayrıla bilər.
Turin təmsilçisindən başqa “Mançester Yunayted” və “Arsenal” da onunla maraqlanır.