Almaniya yığmasının baş məşqçisi Yoaxim Löv Argentina ilə oyun haqqında danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyundan sonra finalda penalti seriyalarına ehtiyac duyulmayacağına ümid etdiyini bildirib:
"Ümid edirəm ki, iş penaltilərə qalmayacaq. Nə qədər hazırlaşsan da, hər şeyi nəzərə ala bilməzsən. 10 dəfə sağ küncə vuran futbolçu gözlənilmədən sol küncə vura da bilər. Burada bəxt ən böyük rol oynayır. Bütün bunlara rəğmən hazırlaşırıq. Hamı penalti seriyalarını sınaqdan keçirir."