Məşhur baş məşqçi Zdenek Zemanın yeni iş
yeri məlum olub.
Korner.az xəbər verir ki, bir müddətdi işsiz olan
çalışdırıcı özünə yaxşı tanış olan İtaliya çempionatında karyerasını davam
etdirəcək.
İtaliyanın “Kalyari” klubu onunla müqavilə
imzalayıb. Sardiniya təmsilçisini bundan sonra tanınmış çexiyalı mütəxəssis
çalışdıracaq. 67 yaşlı məşqçinin maaşı açıqlanmayıb.
Bu Zemanın karyerasında çalışdırdığı 20-ci
klub olacaq.