Topaz Premyer Liqasının 2013/14 mövsümündə 57 qırmızı vərəqə göstərilib.
Korner.az-ın məlumatına görə, hakimlər hər oyunda orta hesabla 0,31 dəfə “qırmızı”ya əl atmalı olub.
Ən intizamsız komanda “Neftçi” olub. Bakı klubunun futbolçuları 11 dəfə meydandan qovulub. “Sumqayıt” və “Rəvan” 9 dəfə azlıqda qalıb. AZAL 8, “Bakı” 6, “Qəbələ” və “Simurq” 5, “Xəzər Lənkəran” 3, “İnter” isə 1 qırmızı vərəqə alıb. Mövsümün ən intizamlı komandası “Qarabağ”dı. Ağdam klubunun heç bir üzvü meydandan qovulmayıb.
Mövsümün ən intizamsız futbolçuları Elvin Yunuszadə və İlkin Qırtımovdu. “Neftçi” və “Simurq”un müdafiəçiləri 3 dəfə meydandan qovulub. Bruno Bertuççi, Vurğun Hüseynov, Ruslan Qurbanov, Mişel Blakoq, Aleksandr Şemonayev və Ağabala Ramazanov iki dəfə matçı başa çatdıra bilməyib.
Neftçi (11 qırmızı): Elvin Yunuszadə (3), Bruno Bertuççi (2), Araz Abdullayev, Saşa Stamenkoviç, Mahir Şükürov, Flavinyo, Tərlan Quliyev, Karlos Kardozo.
Sumqayıt (9): Vurğun Hüseynov (2), Ruslan Qurbanov (2), Kərim Diniyev, Məhəmməd Mirzəbəyov, Samir Abasov, Nodar Məmmədov, Uğur Pamuk.
Rəvan (9): Mişel Blakoq (2), Cəmşid Məhərrəmov, Hüseyn Axundov, Lukaş Sapela, Miloş Adamoviç, Ramazan Abbasov, Orxan Llayev, Rəşad Abdullayev.
AZAL (8): Aleksandr Şemonayev (2), Aylton, Bronislav Arseniyeviç, Kərim Diniyev, Murad Ağayev, Oskar Klava, Viktor İbekoye.
Bakı (6): Deyvid Çesnauskis, Cavid Hüseynov, Aqil Məmmədov, Şəhriyar Əliyev, Vüqar Mustafayev, Etto.
Qəbələ (5): Vladimir Levin, Amit Quluzadə, Müşviq Teymurov, Elınur Allahverdiyev, Lorenzo Ebesilio.
Simurq (5): İlkin Qırtımov (3), Draqan Çeran, İdan Vaytsman.
Xəzər Lənkəran (3): Ağabala Ramazanov (2), Manuel Skarlatake.
İnter (1): Abdulla Abatsiyev.
Qarabağ (0): yoxdu.