Ötən şənbə İspaniya çempionunun müəyyənləşdiyi oyunda “Atletiko” ilə 1:1 hesablı heç-heçə edən və bununla da, çempionluq şansını əldən buraxan “Barselona”nın müdafiəçisi Jerar Pikeni sevgilisi Şakira təsəlli edib.
Korner.az-ın məlumatına görə, məşhur müğənni ötən gün ABŞ-a onun yanına gedən ispan futbolçunu “öpüş atəşinə” tutub.
İspan mediası bu durumu “Pikenin çempionluğu unutduğu an” şəklində şərh edib.