“Simurq”un futbolçusu Anderson Oliveyra Azərbaycanı tərk edib.
Korner.az-ın məlumatına görə, braziliyalı legionerin ölkəmizdən erkən getməsinə səbəb zədəsi olub.
Anderson XXXIV turun “Rəvan”la oyununda zədəlinib. 35-ci dəqiqədə meydanı tərk edən braziliyalının son iki turda komandaya kövmək etməsi mümekün olmayıb.
Fanat.az bir neçə gün əvvəl Oliveyeranın “Simurq”u tərk edəcəyi ilə bağlı xəbər yaymışdı. Buna səbəb kimi futbolçunun özünü başqa klublarla reklam etməsi göstərilmişdi. Braziliyalı müdafiəçi böyük ehtimalla Zaqatala klubuna dönməyəcək.