big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qəbələ”li futbolçu: “Avropa Liqasında da öz sözümüzü deyəcəyik”

09.05.2014 , 09:05

Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində keçirilən “Qəbələ”-“Bakı” (3:1) matçı “qırmızı-qaralar”ın azarkeşləri ilə yanaşı futbolçu Müşfiq Teymurov üçün də sevindirici və yaddaqalan oldu.  Komandasının heyətində 15-ci matçına çıxan “Qəbələ” Futbol Akademiyasının yetirməsi məhz sözügedən qarşılaşmada – “qırmızı-qaralar”ın tarixində ilk dəfə Avropaya vəsiqə qazandığı görüşdə qol hesabını açdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada  “Qəbələ” üçün qol vuran ən gənc futbolçu oldu.

Korner.az-ın məlumatına görə, gənc futbolçu oyun və qələbə haqda təəssüratlarını klub saytıyla bölüşüb:

“Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda – avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidir. Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız – Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, “Neftçi” ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq “Qəbələ”yə ilk titul qazandırmaqdır”. 

Son yazılar

To Top