“Bizə heç bir səbəb deməyib. Əlaqə saxlaya bilmirik. Dünən artıq qayıtmalı idi, lakin hələ də gəlməyib”.
Korner.az-a açıqlamasında bu fikirləri “Rəvan”ın mətbuat xidmətinin rəhbəri Şamo Quliyev komandanın legioneri Oke Akpoveta haqqında deyib.
Klub rəsmisi həmçinin futbolçunun bu hərəkətinə görə pul cəzasına məruz qalacağını da qeyd edib. Quliyev futbolçunun komandadan göndəriləcəyini də bildirib: “Böyük ehtimalla Oke yayda komandadan göndəriləcək. Kubok matçında ümidləri doğrultmadı. Çempionatın belə vacib məqamında isə yüngül zədəni bəhanə edərək getdi. Belə futbolçunu komandada saxlamağa dəyməz”.