“Əslində “Rəvan”la oyunumuz çətin keçdi. Qolu vurduqdan sonra düşünürdük ki, rəqib açıq futbol oynayacaq. Lakin belə olmadı onlar yenə qapalı futbol oynamağa davam etdilər. İrəlidə yalnız bir hücumçu ilə qalırdılar. Və bir hücumçunun dörd müdafiəçiyə qarşı oynaması çox müşkül məsələdi. Bu mümkünsüz məsələ idi. İkinci qolu vurduqdan sonra nisbətən rahatladıq.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Rəvan”la oyundan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev mətbuata açıqlamasında deyib. Millimizin üzvü həmçinin qeyd edib ki:
“Rəvan”la oyuna çıxarkən stress yox idi üstümüzdə. Bilirsiz ki, oyundan əvvəl ən yaxın izləyicimizlə aramızda 10 xal fərq var idi. Əgər xal fərqi az olsaydı həyəcan olardı”.