Azərbaycan internet məkanında rusca yayımlanan “Just Fotball” verilişinin növbəti qonağı “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov idi. Paytaxt klubunun rəsmisi verilişdə maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Belə ki, Süleymanov Araz abdullayevin İngiltərənin “Everton” klubuna keçə bilməməsinin səbəblərini açıqlayıb. O, Arazın İngiltərə təmsilçisinə transfer ola bilməməsində milli komandamızın baş məşqçisi Berti Foqtsu günahlandırıb. Tahir Süleymanovun sözlərinə görə, almaniyalı çalışdırıcının səhvi ucbatından Araz Abdullayev “Everton”a keçə bilməyib. Bundan başqa Tahir Süleymanov “Xəzər Lənkəran” klubunun rəhbərliyinin də bostanına daş atıb. Bütün bunları aşağıdakı linkdə ətraflı izləyə bilərsiniz: