big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Yaralı barmağa İK dərmanı (KÖŞƏ)

01.04.2014 , 12:49

Mən çoxdan bilirdim ki, bu İK yaralı barmağa dərman deyil. İK kimi üzə durub Orxan Sadıqlının barmağını ağrı kimi təqdim eləməyin yeri yox idi. İK sədri Tofiq Fətullayevin fantaziyası bir az da güclü olsaydı deyərdi ki, Orxan stadionda yoqa ilə məşğul idi və orta barmaqları ilə pərvazlanıb uçmaq istəyirdi. Yəqin bundan sonra cahıl qapıçı ağrıyan barmaqları ilə İK-i hələ çox sevindirəcək. 

Fətullayev deyir ki, Orxanın əlində əlcək vardı deyə, ola bilsin əli ağrayıb. Olmadı ki, Tofiq müəllim, ona qalsa Mahir də əlinə əlcək taxmışdı. Düz deyirsiniz fərq var. Tam haqlısınız. Mahirin barmağı ilə bunun barmağı bir deyil. Mahirin barmağı göydə idi, yəni qalxmışdı. Orxan isə gəncdi deyə hələ barmağı qalxmır. İK onun barmağının böyüməyini gözləyir. İK-in cazibədar qərarlarından sonra Orxanın barmağı mütləq qalxacaq. Bir də görəcəklər ki, qapıçı yaşıl meydanda çadır qurub oturub. Bir Orxandı, bir də İK. Bülbül gülü, gül bülbülü çağırır orta barmağı ilə. Heç kimin də xətrinə dəymir orta barmağın şıltaqlığı. Hərçənd ki, Tofiq müəllim Orxanın orta barmağından şikayəti yoxdu. İndi onu necə yoxlayacaqsız bilmirəm, amma maestronun barmaqları əlcəyin içində özünü yaxşı hiss edib. Şəxsən mən Orxanın yerinə olsaydım, bu qərarınızdan sonra sizi ağrıyan barmaqlarımla qucaqlayardım.

Maraqlıdır, siz qeyri-etik jest deyəndə nə başa düşürsünüz? İş-işdən keçəndən sonra tumanbağını bərkitməyin nə mənası var? Əgər ağrıdan dik duran barmağa İK-də dərman yoxdusa, onda futbolumuz axır-əvvəl barmaqdan hamilə qalacaq. Amma yox, yenə səhv elədim. Siz nə uzaqgörənsiz, Tofiq müəllim. Necə hamilə qala bilər axı… Orxanın əlində əlcək var idi. O, qorunurdu. Həə, burdan yaranıb axı çərçivə qoruyucusu ifadəsi. Orxan çərçivə qoruyucusudu. Bəs niyə bir barmaq yox, iki barmaq? Onun da cavabı var. Oyunu iki nəfər məsul şəxs izləyib. AFFA nümayəndəsi və hakim-inspektor. Hərə bir barmağı görməli idi ki, dava düşməsin. Görünür ki, görməyiblər. Ya da görməyiblər ki, belə görünür. Ya da gördüklərinin yanında bu çeçələ barmaqdı. Öz aramızdı, nə qədər yazdım eee, bəsdi, orta barmağım ağrıdı lap. Tofiq müəllim, sizcə nədən olar?

E.Məmmədov

Son yazılar

To Top