Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, bu gün son dəqiqələrdə "Eskişehirspor" klubunu məğlub edən "Beşiktaş" çempionluq yolundakı mübarizədə önəmli 3 xalı aktivinə yazdırdı.
"Olimpiya" stadionunda "Eskişehirspor"u qəbul edən "qartallar" rəqibi minimal hesabla məğlub etməyi bacarıblar. "Beşiktaş"ın heyətində yeganə qolu 89-cu dəqiqədə Ersan Adem Gülüm vurub.
Oyunda vurulan yeganə qolu sizə təqdim edirik: