İspaniyanın “Atletiko” klubunun əsas komandası təlim-məşq toplanışı məqsədilə Azərbaycana gələcək.
Korner.az-ın məlumatına görə, bu barədə “Bakı”nın prezidenti Hafiz Məmmədov məlumat verib.
O bildirib ki, Madrid komandasının bu il iyulun 5-dən ölkəmizə gəlib təlim-məşq toplanışı keçməsi ilə bağlı razılıq əldə olunub. H.Məmmədov “Atletiko”nun iki həftə ərzində Azərbaycanda olacağını və hazırlıq prosesinin Quba rayonunda keçiriləcəyini deyib.
Xatırkadaq ki, H.Məmmədovun təşəbbüsü ilə “Atletiko” oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan forma ilə çıxır.
Qol.az