Rumıniya futbol tarixinin ən böyük qalmaqallarından biri baş verib.
Korner.az-ın məlumatına görə, aralarında “Qalatasaray”ın əfsanəvi futbolçusu George Popeskunun da olduğu 8 nəfərin barəsində həbs qərarı verilib.
Buna səbəb transfer fırıldaqlarında iştirakdır. Məhkəmənin qərarına əsasən, Popesku 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İddianamədə Türkiyəyə edilən transferlərdə də fırıldaqların olduğu göstərilib.