TPL-in 24-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa biletlər sabah satışa çıxarılacaq.
Korner.az-ın klub saytına istinadən verdiyi məlumata görə, fevralın 28-də keçiriləcək oyuna biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək olar.
Adi yerlər üçün biletin qiyməti 1 manat, VIP yerlər üçün isə 5 manatdır.