“Öz üzərimdə işləyərək gələcəkdə qızlardan ibarət Azərbaycan milli komandasında oynamaq istəyirəm”
Korner.az-a açıqlamasında bu sözləri “Mançester Yunayted”in Yay Məktəbinin yeganə qız qalibi Nigar Mirzəliyeva bildirib:
Gənc istedad seçimlərə qatılarkən heç bir problem yaşamadığını, Mingəçevir futbol məktəbində təhsil aldığını bildirib:
“Seçimlərə qatılarkən nə ailəm tərəfimdən nə də ətrafdakılar tərəfində təzyiqlərə məruz qalmadım. Futbolla çoxdan məşğulam, hazırda Mingəçevir futbol məktəbinimdə futbolun sirrlərini öyrənirəm”.