38 yaşında millidən getdi
16.10.2024 , 13:45
Andres Quardado Meksika millisindəki karyerasını bitirib.
Korner.az xəbər verir ki, 38 yaşlı kapitan ABŞ millisi ilə yoldaşlıq matçında son oyununu keçirib.
2005-ci ildən yığma komandada forma geyinən futbolçu millidə 182 oyun keçirib və 28 qol vurub.