Ulduz futbolçu PSJ-yə keçir?
16.10.2024 , 13:32
“Mançester Yunayted”in hücumçusu Markus Raşford yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçunun karyerasını Fransada davam etdirə biləcəyi iddia olunur.
Belə ki, ulduz oyunçu ilə PSJ-nin maraqlandığı bildirilir.
Paris nəhəngi mövsümün sonunda təcrübəli futbolçunu heyətinə cəlb etməyi planlaşdırır.
Raşford bu mövsüm “Mançester Yunayted”in heyətində 11 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.