Ulduz futbolçu A seriya klubunda
29.07.2024 , 10:00
İtaliyanın “Komo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, bu mövsümdən A seriyasında çıxış edəcək kollektiv “Mançester Yunayted”in və “Real”ın sabiq müdafiəçisi Rafael Varanı rənglərinə bağlayıb.
Təcrübəli futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.