Rahil yeni klubunda debüt etdi
21.07.2024 , 09:26
Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu “Radomyak” Polşa Ekstraklasasında mövsümün ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, Radom təmsilçisi səfərdə “Katovise” ilə qarşılaşıb.
Oyun “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunda meydana çıxmaqla yeni klubunda debüt edib. O, 90+2-ci dəqiqədə oyuna daxil olub.