“Sabah”ın hazırlıq planında dəyişiklik
16.07.2024 , 13:34
Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.
Korner.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Komanda iyulun 18-də Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” (Hayfa, İsrail) ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək. “Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.