“Turan Tovuz” – “Kəpəz” matçının vaxtı açıqlandı
09.07.2024 , 23:17
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 10-da Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Turan Tovuz” yay toplanışı çərçivəsində keçirdiyi ilk sınaq matçında 2-ci Liqa təmsilçisi “Şəmkir”i 13:0 hesabı ilə məğlub edib. “Kəpəz” üçün isə “Turan Tovuz”la qarşılaşma hazırlıq çərçivəsində ilk sınaq olacaq. Adil Şükürovun komandası iyulun 14-də “Şamaxı” ilə üz-üzə gələcək.