“Qarabağ” Rusiya klubuna qalib gəldi
07.02.2024 , 20:31
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.
B qrupunda yer alan “Qarabağ” bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. 9-cu dəqiqədə Əli Bəşirov hesabı açıb. Bu qoldan 4 dəqiqə sonra qapıçı Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib. Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi ilə “Qarabağ”ın üstünlüyü iki topa çatıb.
“Qarabağ” qrupdakı digər iki matçını sabah keçirəcək. Komanda öncə “Olimpik”lə, ardınca BATE ilə qarşılaşacaq.