“Zirə”də 3 yeni müqavilə
23.06.2023 , 18:44
“Zirə” 3 futbolçu ilə müqavilənin müddətini artırıb.
Korner.az xəbər verir ki, son 3 mövsümü icarə əsasında komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik müqavilə imzalanılıb.
Həmçinin, ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb.
“Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər komandada çıxış edəcək.