“Kəpəz” yeni mövsümə bu tarixdə start verəcək
22.06.2023 , 18:47
“Kəpəz” qarşıdakı mövsümün hazırlıqlarına start verir.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” iyunun 26-da bir araya gələcəklər. Məşqlər Gəncə şəhər stadionunda keçiriləcək.
Bildirilir ki, hazırlıq prosesi barədə daha ətraflı məlumat qarşıdakı günlərdə veriləcək.