“Sabah” yeni mövsümün hazırlığına start verdi
21.06.2023 , 22:07
“Sabah” 2023/2024 mövsümünün hazırlıqlarına start verib.
Korner.az xəbər verir ki, məşq fitnes zalında və meydanda olub.
“Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də olacaq.