“Turan Tovuz” onlarla davam edəcək
18.06.2023 , 12:02
“Turan Tovuz” daha 4 futbolçusu ilə müqaviləni uzadıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla sözləşmə daha 1 il müddətinə artırıb.
Onlar, 2023/2024-cü illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcəklər.