Millətlər Liqasının qalibi məlum oldu
19.06.2023 , 01:35
Bu gün UEFA Millətlər Liqasında final oyunu keçirilib.
Korner.az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gəlib. Əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə ispanlar daha dəqiq olaraq Millətlər Liqasının qalibi olublar – 5:4.
Üçüncü yer uğrunda oyun isə Niderland ilə İtaliya yığmaları arasında keçirilib. Beş qolun vurulduğu oyunda italyanlar qələbə qazanıb və bürünc medalı əldə edib.
UEFA Millətlər Liqası
“Dördlər finalı”
18 iyun
Üçüncü yer uğrunda görüş
17:00 Niderland – İtaliya – 2:3
Final
22:45 Xorvatiya – İspaniya – 0:0 (penaltilər seriyası – 4:5)