Millinin heyətində dəyişiklik
16.06.2023 , 12:50
Beynəlxalq yoldaşlıq oyunlarında Türkiyə və Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,“Turan Tovuz” klubunun üzvü Xəyyam Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu İbrahim Ramazanov heyətə cəlb olunub.
Millimiz iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə Bakıda Qırğızıstanla üz-üzə gələcək.