“Sumqayıt”da yeni müqavilə
09.06.2023 , 12:52
“Sumqayıt” futbolçusu Elvin Bədəlovla müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.
2019-cu ildən “Sumqayıt”ın formasını geyinən Elvin Bədəlov ümümilikdə 84 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və əsas millilərinin uğurları üçün çalışıb.