“Fənərbağça”dan sonra “Beşiktaş” da onun dalıyca düşdü
30.05.2023 , 14:15
“Beşiktaş” heyətinə yeni futbolçu cəlb etməyi planlaşdırır.
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın son günlərdə adı “Fənərbağça” ilə hallanan “Milan”ın xorvatiyalı futbolçusu Ante Rebiçi gündəminə aldığı bildirilib.
“Milan”la 2025-ci ilə qədər müqaviləsi olan 29 yaşlı sol cinah oyunçusunun şərtlərini soruşan rəhbərliyin mövsümün sonunda ulduz futbolçu üçün hərəkətə keçəcəyi gözlənilir.
Mina Musayeva