Cabarov Konfrans Liqasının oyununu idarə edəcək
06.09.2022 , 11:57
FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, o, Slovakiyada “Slovan” (Bratislava) və Litvanın “Jalqris” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyununu idarə edəcək.
Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq. Qarşılaşma sentyabrın 8-də baş tutacaq.