Nəbiyevdən növbəti qol
15.02.2022 , 17:09
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” komandası yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Jijkov təmsilçisi “Mlada Boleslav”ın əvəzedici komandası ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, komandasının 3-cü qoluna imza atıb.