big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ramiz Məmmədov: “Rəşad Abdullayev çatdıra bilmədiyi üçün əvəzləndi“ – MÜSAHİBƏ

11.02.2013 , 13:05

“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun müsahibəsi

– Dünən Premyer Liqanın XIX turu çərçivəsində doğma meydanda “Qarabağ” komandasıyla qarşılaşdınız və meydandan bir xalla ayrıldınız…

– Təlim-məşq toplanışından sonra ilk oyun hər zaman çətin olur. Xüsusən də “Qarabağ” kimi komandaya qarşı. Çünki rəqibimiz yaxşı və balanslaşdırılmış klubdur. Ümumilikdə yetirmələrimdən və yeni transferlərdən razı qaldım. Lakin birini Mustafa Dabonu istisna etməklə. Çünki Mustafa tam açıla bilmədi. Düzdü, onun da komandaya uyğunlaşacağı zaman məsələsidir. Lakin Mustafa həmin oyunda qol vurmalıydı. Onun borcu qol vurmaq idi. Bunu bacarmadığı üçün ondan narazı qalmışam.

– Sizcə, Mustafanın komandaya uyğunlaşması, çempionatımıza adaptasiyası uzun çəkməyəcək ki?

– Hətta gec olsa belə, mən bununla barışmalıyam. Çünki bu futboldur. Lakin mən bu futbolçunun potensialının böyük olduğunu düşünürəm. Ona görə də Mustafanın tezliklə komandaya uyğunlaşacağını və nəyə qadir olduğunu görəcəyik. Bu oyunçu verdiyim tapşırığı yerinə yetirdi. Matçboyu “Qarabağ”ın müdafiəçiləri Admir Telli və Rəşad Sadıqovu daim təziq altında saxlamağı bacardı. Ancaq qol vursaydı, lap əla olardı.

– Görüşdə qələbə qazana bilməməyinizin səbəbini nədə görürsünüz?

– Birinci növbədə bəxt amili üç xalı qazana bilməməyimizdə əsas rol oynadı. Digər tərəfdən isə Viktor Mendi iki real qol vəziyyətindən yararla bilmədi. Vurğun Hüseynov boş qapını nişan ala bilmədi. Rəşad Abdullayev əlinə düşən fürsəti qaçırdı. Düşünürəm ki, əsl səbəblər elə bunlar oldu.

– Yeni transferləriniz Amit Quluzadə, Ceyhun Sultanov yaxşı təsir bağışlasa da, komandanın kapitanı Rəşad Abdullayev haqda bu sözləri demək olmaz. Sizin onu yeni transfer Nikolo Valentiçlə əvəzləməyinizin səbəbi bu idimi?

– “Qarabağ”ın komanda şəklində hücum etməyi Rəşad Abdullayevin oyundan düşməyinə səbəb oldu. Yəni axıra qədər rəqib futbolçunu bağlaya bilmədi. Əslində biz bu görüşü Rəşadın üzərində qurmamışdıq. Elə oyunlar olurdu ki, bunu Rəşadla bağlayırdıq. Lakin bu dəfə belə deyildi. Rəqibin komanda şəklində hücum etməsi Rəşadı çox tez yordu. Mən onun çox yorulduğunu gördüm. Həmçinin, rəqib komandanın topu özündə çox saxlamağı da onun yorulmasına səbəb oldu. Ona görə də hücumun hansı səmtdən olacağını zənn etmək çətin idi.

– Ümumiyyətlə, hiss olunurdu ki, fiziki baxımdan da Rəşad Abdullayev “Qarabağ”la oyunda çatdırmırdı. Bununla razısınız?

– Bəli. Rəşad bu oyunda həddindən artıq yorğun idi. Ona görə də onu Nikolo Valentiçlə dəyişdim. Hətta iki dəfə komandamızın hücumları zamanı həddindən artıq gecikdi. Yəni, meydanda çatdıra bilmirdi. Hətta qapımıza təyin edilən penalti də, sol tərəfdəki boşluqdan sonra vuruldu. Yəni, mən gördüm ki, onlar bizim sağ cinahımızı qat-qat üstələyirlər. Ona görə də Rəşadla bərabər iki əvəzləmə etdim. Məhz Rəşad çatdıra bilmədiyi üçün onu əvəzlədim. Hətta bir real qol vəziyyətini də dəyərləndirə bilmədi.

– “Qarabağ”ın belə oynayacağını gözləyirdinizmi, yoxsa?

– Əslində onlar çox yaxşı təsir bağışladılar. Mən “Qarabağ”ın Gürcüstan klubu “Zestafoni”lə görüşünü də izləmişdim. Düzdü, əsas heyətləri oynamadı. Yəni, analiz edə bilmişdik. Ümumilikdə rəqib komandanın qısa ötürmələri çox yaxşı bacardığını söyləmək olar. Bir sözlə, “Qarabağ” gözlədiyimizdən aşağı çıxış etmədi.

– Necə düşünürsünüz, “Qarabağ”la görüşdə komandanız bir xal qazandı, yoxsa iki xal itirdi?

– Rəqibimiz də pis təsir bağışlamadı. Lakin qələbə qazanan tərəf biz olmalıydıq. Ona görə də düşünürəm ki, “Qəbələ” iki xalı itirdi. Həm evdə oynadığımız üçün, həm də qol vəziyyətlərimiz daha çox idi.

Futbolmedia.az

Son yazılar

To Top