“Neftçi” – “Qarabağ” oyununun biletləri satışda
05.02.2022 , 16:19
Azərbaycan Premyer Liqasının XV turunda fevralın 7-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.
Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.